Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
ABB-dən nəqliyyat sektoru ilə bağlı hesabat

ABB maraqlı tərəflər üçün araşdırma-hesabatların hazırlanmasını davam etdirir. Bankın növbəti araşdırması Azərbaycanın nəqliyyat sektoruna həsr olunub.
Hesabatda yük və sərnişin daşımaları üzrə gəlir və xərclərin ümumi tendensiyasına diqqət yönəlib. Yük növləri üzrə daşınmanın, keyfiyyət göstəricilərinin təhlili aparılıb. Nəqliyyat vasitələrinin idxalı və bu sahəyə investisiyalar, nəqliyyat vasitələrinin sayı, bu sektorda çalışan əhali sayı, nəqliyyat vasitələrinin əvvəlki illə müqayisədə qiymət dinamikası ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Ətraflı
Araşdırma-hesabatda Bakı şəhərinin Baş planında nəqliyyat şəbəkəsi, beynəlxalq tıxac statistikası, Zəngəzur dəhlizinin iqtisadi perspektivləri ilə bağlı da zəngin məlumatlar var.
Bankın malik olduğu datalar əsasında ictimaiyyət üçün bu cür faydalı araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. ABB-nin silsilə hesabatları ilə buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.






















































