Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Ronaldonun oxşarı ilə maraqlı dialoqu - “Qardaşım, sən eybəcərsən”

Səudiyyə Ərəbistanı Liqasında Kriştiano Ronaldonun matçını izləməyə gedən, “Adanalı Ronaldo” kimi tanınan türkiyəli Gökmen Akdoğanla ulduz futbolçu arasında maraqlı dialoq yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Ronaldo məşq əsnasında oxşarına yaxınlaşaraq onunla zarafatlaşıb.
“Qardaşım, sən mənə oxşamırsan, eybəcərsən”, - deyə forvard Akdoğana deyib.
Gökhan isə Kriştianoya “Sən dünyanın ən yaxşısısan”, - deyə səslənib.
Onların bu söhbəti sosial şəbəkələrdə viral olub.
Qeyd edək ki, sözügedən matçda Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” türkiyəli məşhur mütəxəssis Fatih Terimin çalışdırdığı “Əl-Şəbaba”la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Həmçinin Kriştiano qarşılaşmada 926-cı qolunu vurub.
Sözügedən görüntüləri təqdim edirik:






















































