Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İndi də bayquşlarla “müharibə”yə başladı

ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində yüz minlərlə bayquşun öldürülməsi üçün tapşırıq verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin sözügedən planı çərçivəsində 30 il ərzində 450 min bayquşun tələf edilməsi nəzərdə tutulur.
Planın illik dəyərinin 40 milyon avro olacağı bildirilir. Məlumata görə, Tramp administrasiyası zolaqlı bayquşların öldürülməsini ekoloji tarazlıq üçün məcburi addım sayır.
ABŞ qanunvericiləri Trampı nəsli kəsilməkdə olan xallı bayquşları qorumaq üçün zolaqlı bayquşları öldürmək planını ləğv etməyə çağırıb.
Respublikaçı nümayəndə Troy Nehls və Demokratik nümayəndə Sidney Kamlager Dov başda olmaqla 19 millət vəkili planın “çox baha” olacağını bildirib.
Qanunvericilər bir bayquşu öldürməyin dəyərinin təxminən 3000 dollar olacağını və 30 il ərzində ümumi dəyərin 1,3 milyard dollara çatacağını vurğulayıblar.























































