Menu
Xəbər Lenti
Prezident qəbullar keçirdi
12-03-2025, 08:34

Prezident qəbullar keçirdi

Azərbaycan nefti ucuzlaşdı
11-03-2025, 06:59

Azərbaycan nefti ucuzlaşdı

Bu ərazilərdə duman var
11-03-2025, 06:53

Bu ərazilərdə duman var

“İncir reçeli 3” gəlir
11-03-2025, 06:45

“İncir reçeli 3” gəlir

14 Mrt 07:26Manşet / İdman

“Xəyallarımız var idi…” - Mourinyo

xeyallarimiz-var-idi

“Komandamla çox fəxr edirəm. Oyun baxımından biz meydanda daha yaxşı tərəf idik. UEFA tərəfindən cəzalandırılmaq istəmədiyim üçün nə düşündüyümü demək istəmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Reyncers”ə penaltilər seriyasında uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Ediləcək bir şey yoxdur, amma oyunçularım üçün üzülürəm. Mən buna 5 dəfə nail olmuşam. Amma bu uşaqlar heç vaxt edə bilməyiblər. Onlar bunu xəyal edirdilər. Matçda uduzan penaltini qaçıranlar deyil, hamımız idik. VAR hakimi yəqin ki, sakitcə şam yeməyini yeyəcək və gözəl, sakit bir gecə keçirəcək. Yəqin ki, gələn həftə milli oyunlar oynanılan böyük matçda iştirak edəcək, amma bu gün bizim üçün itki oldu.

Futbolçuların və mənim bir xəyalımız var idi. Bu gün xəyallarımızı itirdik. Vidalaşacaqdıqsa, bu formada vidalaşmaq ən gözəlidir. Biz digər komandalardan fərqli olaraq o qüruru hiss etmədən Avropadan kənarlaşdırılmadıq. Penaltilərdə qalib gəlsək bu qədər qürur duya bilməzdim”.