Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 07:49

Neftimiz bahalaşdı

2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

18 Mrt 06:56Manşet / İdman

Qvardiola istefaya göndərilir - Yeni namizəd odur

qvardiola-istefaya-gonderilir

“Mançester Siti” rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Pep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “E-notices” nəşri məlumat yayıb.

Bildirilib ki, artıq “şəhərlilər” yeni baş məşqçi axtarışlarına başlayıblar. 

Klub rəhbərliyi “Barselona”nın və İspaniya millisinin əfsanəvi sabiq futbolçusu, hazırda İtaliya “Komo”sunu çalışdıran Sesk Fabreqası komandanın “sükanı arxası”na gətirmək istəyir. 

Mənbə yazır ki, “Mançester Siti” onu bu yay komandaya cəlb etməyə çalışacaq.

Xatırladaq ki, hazırda İngiltərə klubu 48 xalla Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur. Çempionlar Liqasının pley-off mərhələsində isə komanda “Real Madrid” tərəfindən mübarizədən kənarlaşdırılıb.