HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kontakt”ın eksklüziv “Heç nə” məhsulu 3 gün içində bitdi

Məşhur elektronika şəbəkəsi “Kontakt”ın yeni və unikal “Heç nə” məhsulu qısa zamanda viral olub. Belə ki, şəbəkənin bazara məhdud sayda - sadəcə 500 ədəd olaraq təqdim etdiyi bu məhsulun stokları 3 gün içində tamamilə tükənib.
Bəs “Heç nə” nə üçündür?
“Kontakt” bu yeniliyi öz alıcılarına təklif edərək həm ciddi, həm də yumoristik bir mesaj verir: bəzən gözləntiləri sıfıra endirmək belə insana gülüş bəxş edə bilər. Sözün əsl mənasında “Heç nə” ilə dolu bu qutu isə həm şəxsi istifadə, həm də sevdiklərinizə gözlənilməz sürpriz edə biləcəyiniz bir seçimdir. Məhsulun tərkibi haqqında məlumatda açıq şəkildə qeyd edilir ki, bu məhsul 100% heç nədən ibarətdir. Məhsulu harada saxlamaq isə tamamilə sizin ixtiyarınızdadır - çünki “heç nə” hər yerdə mövcud ola bilir.
Daha da maraqlısı odur ki, “Kontakt” bu qeyri-adi məhsula tam zəmanət də verir: heç nə olmayacaq!
Qeyd edək ki, “Heç nə” məhsulu 1 Aprel - Gülüş Günü münasibətilə “kontakt.az” saytında satışa çıxarılmışdı.























































