“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
“Bayer” Xabi üçün 20 milyon istəyir
“Bayer”in baş məşqçisi Xabi Alonsonun əsas müşaviri İnyaki İbanez “Real Madrid” təmsilçiləri ilə danışıqlar aparıb.
“Qafqazinfo” “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir ki, Leverkuzen klubu Alonsonun “Bayer”də qalacağı, yoxsa “Real”ı keçəcəyi ilə bağlı qərarını gözləyir.
Alman klubu ispan mütəxəssisin potensial yeni klubunun onlara 15-20 milyon avro məbləğində təzminat ödəyəcəyini gözləyirlər.
“Bayer” Alonsonun mümkün gedişinə hazırlaşır və artıq məşqçilik alternativlərinə başladığı bildirilir.
Qeyd edək ki, 43 yaşlı mütəxəssisin hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Onu da bildirək ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin aprelin 26-da “Barselona” ilə oynanılacaq Kral Kubokunun finalından sonra komandanı tərk edəcəyi gözlənilir.