Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
İran XİN: "Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınına qayıtmaq niyyəti yoxdur"

2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) artıq İran üçün keçmişdə qalmış bir təcrübədir və bu sazişə qayıtmaq niyyətində deyillər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı İtaliyanın paytaxtı Roma şəhərində ABŞ ilə danışıqların ikinci raundundan sonra məlumat verib.
"Biz açıq şəkildə bildirdik ki, İranda çoxları artıq JCPOA-nı bizim üçün uğurlu anlaşma hesab etmirlər. Onlar üçün bu sazişdən qalan yeganə şey çıxarılmış dərsdir. Şəxsən mən də bununla razıyam", - deyə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Əraqçının sözlərinə görə, hazırda bu danışıqların gələcəyi ilə bağlı müəyyən nikbinlik mövcuddur. O əlavə edib ki, gələcək sazişin çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə olunub.
Qeyd edək ki, ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə aparılan dolayı danışıqların ikinci raundu aprelin 19-da keçirilib.























































