TƏBRİK EDİRİK: Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunması münasibətilə...
Nazim Eynallı: Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunun 18-ci kilometrliyində cari təmir işləri davam etdirilir.
DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
“Azərbaycan Konstitusiyası dünyada sayılıb-seçilir”
“Müstəqilliyin ilk illərində baş verən siyasi proseslər və hakimiyyətdə olan şəxslərin yarıtmazlığına görə biz konstitusiya qəbul edə bilmədik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.
O bilbirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu: “1995-ci ildə biz konsitutiyasımızı qəbul edə bildik. Konstitusiyanın əsas institularından biri dövlətin suverenliyi məsələsidir. Suverenlik hər bir dövlətin əsas atributlarındandır.
Azərbaycan Konstitusiyası dünyada sayılıb-seçilən normativ-hüquqi aktlardan biridir. Amma həyat yerində durmur, inkişaf edir, ictimai münasibətlərin dinamikası çox sürətlə irəliəyir, yeni problemlərin tənzimlənməsi məsələsi meydana çıxır. Ona görə də biz Konstitusiyamızda 2002, 2009 və 2016-cı illərdə biz referendumlar keçirdik və əsasən insanların hüquq və azadlıqları ilə bağlı normalar əlavə etdik. Konstitusiya islahatları davam edən prosesdir.
Hesab edirəm ki, Azərbaycan müstəqil və suveren dövlət olaraq regionun ən inkişaf etmiş, iqtisadi və siyasi baxımdan lider dövlətidir. Uzun müddət ərzində Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra ərazilərimizin 30 il işğalda qalması və bu məsələlərin sülh yolu ilə həll edilməsi ilə bağlı dövlətimiz Ermənistana müraciətlər etdi. Lakin tarix göstərdi ki, biz nə qədər müraciət etsək də dünyanın reallığı başqadır. Biz nə qədər beynəlxalq hüquqdan danışsaq da, beynəlxalq hüquq güc hüququdur. Təəssüf edirəm ki, bu sənədlərdən bəhrələnə bilmədik. Baxmayaraq ki, BMT-nin üzvüyük və o sənədlər bizə də, Ermənistana da aiddir. Nə BMT, nə ATƏT-in Minsk qrupu, nə AŞ, nə AB nəinki ciddi cəhd etdilər, heç cəhd də etmədilər. Onlar bu müharibənin uzadılmasında maraqlı idilər və Ermənistana dəstək verirdilər”.
Nuranə Daxilqızı