Xəbər Lenti
17-07-2025, 10:56
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
17-07-2025, 10:52
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
17-07-2025, 09:36
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
Bu gün “Zirə” ikinciliyi təmin edə bilər
Bu gün Premyer Liqasının 33-cü turu start götürəcək.
“Qafqazinfo” verir ki, “Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.
Hazırda paytaxt təmsilçisi turnir cədvəlində 64 xalla 2-ci, bölgə klubu isə 49 xalla 4-cüdür.
“Zirə” bu gün qələbə qazanarsa, sona 3 tur qalmış artıq mövsümü 2-ci yerdə bitirməyi də təmin edəcək.
“Zirə” ilə “Turan Tovuz” arasında əvvəlki 3 turda keçirilən matçlarda 1 dəfə “Zirə” (2:0), 1 dəfə “Turan Tovuz” qələbə qazanıb (1:0), 1 dəfə isə heç-heçə qeydə alınıb (0:0).
Qeyd edək ki, Premyer Liqasında “Qarabağ” artıq çempionluğu rəsmiləşdirib.
2 may
20:00. “Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu.