Menu
Xəbər Lenti
“Azeri Light” bahalaşdı
18-07-2025, 09:19

“Azeri Light” bahalaşdı

Liderlər Füzulidədir
17-07-2025, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
17-07-2025, 08:46

Neftimiz ucuzlaşdı

Pınar Kür vəfat etdi
16-07-2025, 09:59

Pınar Kür vəfat etdi

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

05 May 08:17Manşet / İdman

“Bunun sonu yaxşı qurtarmayacaq” - Samir Abasov

 

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz”lə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra qalmaqallı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, hakimlərin “Neftçi”yə qarşı səhv qərarlarının səbəbi var, amma bunun qərəzlə bağlı olduğunu düşünmür:

“Əsla dilə gətirmirəm ki, hansısa hakim desin, “Neftçi”dən, Samirdən zəhləsi gedir.

Amma səhv qərarların əziyyətini görürük. Sambunun qırmızı vərəqəyə görə kubokun yarımfinalda olmaması bizə çox çətinlik yaratdı. “Sumqayıt”la oyunda da həmin məsələlər oldu. Bu gün VAR-da oturan hakimlər dedilər ki, qaydaya görə, iki ayaqla müdaxilə olunubsa, “qırmızı”dır. Amma mən gördüyümə görə, topa müdaxilə olunub və rəqibin ayağına dəymir. Ola bilər, buna səbəb odur ki, “Neftçi” daimi gündəmdədir, amma nəticələri pisdir.

Bizim düşdüyümüz vəziyyət heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Bir gün lazım olan insanlar masaya əlini vuracaq. Ondan sonra necə olacaqsa, Allah sizi qorusun. Bizim haqda olan neqativ söhbətlər “Neftçi”ni əzməyə haqq vermir.

Bu gün biz “Neftçi” haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda, oyunda başımızın aşağı olmasıdır. İki il avrokuboklara vəsiqə qazanmırıq. Amma bu, heç kimə əsas vermir ki, “Neftçi”ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. “Neftçi” bu gün belədirsə, bir gün özünə gələcək. Mənimlə və ya mənsiz. Bu, tezliklə baş verəcək. Ən azından Azərbaycan komandasıdır. Bu cür şeylər düzgün deyil. Azərbaycan futbolu deyilirsə, başda “Neftçi”dir. Baxmayaraq ki, son illər nəticələrimiz pisdir”. 

Mütəxəssis sonda qeyd edib ki, rəhbərliklə fikirləri üst-üstə gəlir.