Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“Özümü məyus hiss edirəm” - Flik
“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının yarımfinalında komandasının “İnter”ə məğlubiyyətindən danışıb.
“Qafqazinfo” bu barədə “Marca” nəşrinə istinadən xəbər verir.
“Özümü məyus hiss edirəm, amma oyuna və ya oyunçularımızın səylərinə görə deyil. Onlar əllərindən gələni etdilər. Təəssüf ki, kənarda qaldıq, amma gələn mövsüm qayıtmağa çalışacağıq.
“İnter” də güclü komandadır və onların əməyi tərifə layiqdir. Onlar müdafiədə yaxşı təşkil olunublar, təhlükəli hücumçulara sahibdirlər, topa yaxşı nəzarət edirlər”, - deyə təcrübəli mütəxəssis qeyd edib.
Xatırladaq ki, “Barselona” iki oyunun nəticəsi olaraq 7:6 hesabı ilə “İnter”ə məğlub olub və Çempionlar Liqası ilə vidalaşıb.






















































