Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
Albaniyada parlament seçkiləri keçirilir
Albaniyada parlament seçkiləri keçirilir.
Qaynarinfo Report-aistinadən xəbər verir ki, əsas rəqiblər 2013-cü ildən hakimiyyətdə olan Baş nazir Edi Ramanın Sosialist Partiyası və keçmiş baş nazir Sali Berişanın müxalif Demokratik Partiyasıdır.
E.Rama əzəli rəqibi S.Berişi ilə mübarizədə favoritdir.
Ümumilikdə parlamentdə 140 yer uğrunda 53 partiya və üç seçki koalisiyası mübarizə aparır.
Seçkilər saat 19:00-a qədər (Bakı vaxtı ilə 21:00) keçiriləcək və 3,7 milyon vətəndaşın 5,2 mindən çox seçki məntəqəsində səs vermək hüququ var. Təxminən 250 min vətəndaş xaricdən elektron poçt və ya adi poçt vasitəsilə səs verə bilər.
Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti mayın 11-də Albaniyada keçiriləcək parlament seçkilərinin monitorinqində iştirak edəcək.