Xəbər Lenti
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
11 il sonra ÇL-də oynayacaqlar
İspaniyanın “Atletik” klubu 11 il sonra yenidən Çempionlar Liqasında mübarizə aparacaq.
“Qafqazinfo” verir ki, bu, La Liqanın 36-cı turunda “Xetafe” ilə matçda dəqiqləşib.
“Atletik” həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bilbao təmsilçisi sona 2 tur qalmış xallarının sayını 67-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb.
Reqlamentə əsasən, La Liqada ilk 5 yeri tutan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.
“Atletik” 2014/2015 mövsümündən sonra ilk dəfə Avropanın əsas turnirində çıxış edəcək.