Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Qarabağ” “Kəpəz”i darmadağınla yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Qarabağ” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.
Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Sumqayıt” “Turan Tovuz”a (0:1), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Zirə” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 1:1. “Neftçi” isə bu gün “Səbail”ə 3:0 hesabıyla qalib gəlib.
Qeyd edək ki, matçdan sonra “Qarabağ” çempionluq kuboku təqdim ediləcək.
Premyer Liqa
35-ci tur
18 may
“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Leandro Andrade, 31. Aleksey Kaşuk, 72. Musa Qurbanlı, 82.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
“Azərsun Arena”, 19:00.






















































