Xəbər Lenti
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Berezutski "Sabah"da qalacaqmı? - "Hər şey üzdədir"
"Möhtəşəm oyun alındı. Hər iki komandaya alqış düşür. Hər iki tərəf qalib gəlməyə çalışırdı. Amma bu gün daha yaxşı oynayan tərəf bizik deyə qalib olduq".
Teleqraf xəbər verir ki, bunu "Sabah" klubunun idman direktoru İqor Ponomaryov finalda "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək, Azərbaycan Kubokunu qazanmalarını şərh edərkən deyib.
Olimpiya çempionu layiqli qələbə qazandıqlarını bildirib: "Daha çox qol vurduq və layiqincə qalib gəldik. Bütün azarkeşlərimizi kubok və Avropa Liqasına vəsiqə qazanmağımız münasibətilə təbrik edirəm. Birinci kubokumuzdur. Ümid edirik ki, bu, sonuncu titulumuz olmayacaq”.
Klub rəsmisi baş məşqçi Vasili Berezutskinin "Sabah"dakı gələcəyi barədə də danışıb: "Hər şey üzdədir. O, kubok qazandı. Bu, böyük işdir”.
Ponomaryov komandanın gücləndiriləcəyini bildirib: "Əlbəttə, yeni nəfəs hər zaman komandanı gücləndirir. Bəzi oyunçuların müqavilələri bitir. Onlarla davam edib-etməyəcəyimizi zaman göstərəcək”.