Xəbər Lenti
Dün, 09:53
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
5-07-2026, 08:46
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
KİV: Tramp prezidentlik müddətinin dörddə birini qolf meydançasında keçirib

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin demək olar ki, dörddə birini qolf oynamaqla keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "TrumpGolfTrack" internet portalı məlumat yayıb.
İyunun 28-də ABŞ prezidenti yenidən Kolumbiya dairəsindəki Milli Qolf Klubunda qolf oynamağa gedib.
Qolf klubu Virciniya və Merilend ştatlarının sərhədində, Potomak çayının sahilində yerləşir və "Trump Golf" şəbəkəsinin 18 meydançasının bir hissəsidir.
Bundan əvvəl Trampın ikinci prezidentlik müddəti başlayandan qolf oynamağa 18 milyon dollardan çox pul xərclədiyi bildirilmişdi. Vəsaitlərin dövlət büdcəsindən götürüldüyü deyilir.























































