Menu
Xəbər Lenti
Füzuli Şəhəri Günüdür
17-10-2025, 05:51

Füzuli Şəhəri Günüdür

Zelenski ABŞ-yə getdi
17-10-2025, 05:49

Zelenski ABŞ-yə getdi

30 Haz 13:01Manşet / Gündəm / İdman

Nuray Həsənzadə belə qalib oldu-Fotolar

Nuray Həsənzadə belə qalib oldu-Fotolar

Heqiqixeber.az xəbər verir ki, 25-29 iyun 2025-ci il tarixlərində keçirilən XXIX Azərbaycan Kikboksinq Birinciliyində Zülfüqar İdman Klubunun idmançısı Həsənzadə Nuray Vüqar qızı parlaq çıxışı ilə fərqlənib. Gənc idmançı mükəmməl döyüş bacarığı, əzmkarlığı və taktiki hazırlığı ilə rəqiblərini məğlub edərək Azərbaycan birincisi adına layiq görülüb.
Nuray Həsənzadənin bu uğuru təkcə şəxsi zəhmətinin deyil, həm də onu bu yolda dəstəkləyən və yetişdirən insanların əməyinin nəticəsidir. Bu münasibətlə, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti cənab Adil Əliyevə, hazırkı federasiya prezidenti Orxan Əliyevə və Nurayın şəxsi məşqçisi Fərrux Zülfüqaroğluna dərin təşəkkür bildirilir.
Bu uğur bir daha göstərdi ki, Azərbaycan kikboksinqi yüksəliş yolundadır və yeni nəsil idmançılarımız ölkəmizi beynəlxalq arenalarda da layiqincə təmsil etməyə hazırdır.