Menu
Xəbər Lenti
Generala ağır itki
8-09-2026, 08:08

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

14 Tem 11:25Manşet / İdman

“Neftçi” İsrail və Polşa klubları ilə qarşılaşacaq

neftci-israil-ve-polsa-klublari-ile-qarsilasacaq

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, ayın 22-də isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaqlar.

Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.