Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

19 Tem 09:06Manşet / Gündəm / Sosial

Polis moped və motosiklet sürücülərini maarifləndirdi

polis-moped-ve-motosiklet-suruculerini-maariflendirdi

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.

İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Bir daha yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.