Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Masallıda 20-dən artıq sürücü cərimələnib
Yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət tədbirləri gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.
Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb. Ümumilikdə 20-dən artıq sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.























































