Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Sumqayıtdakı yanğında 33 nəfər zəhərlənib - Rəsmi

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verib və 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 20-si saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.
Çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.
Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.
Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən 7 nəfərə (3 qadın cinsli, 4 kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasında, 3 nəfərə isə (2 qadın cinsli, 1 kişi cinsli) Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.























































