Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
12-08-2026, 19:17
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Şəhid atası vəfat etdi

Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Gözəlov müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.
Onun yaxın vaxtlarda Bakıda xəstəxanalarından birində mədəsindən əməliyyat keçirdiyi, daxili orqanında bədxassəli şişin aşakarlandığı bildirilir.
Qeyd edək ki, şəhid Gözəlzadə Ceyhun Nazim Oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
























































