“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Cəsur Mədətzadə ATƏT-in Helsinki Gənclər Forumunda Azərbaycanı təmsil edib
29–30 iyul 2025-ci il tarixlərində Finlandiyanın ATƏT-dəki sədrliyi çərçivəsində təşkil olunmuş “OSCE Chairpersonship Youth Forum – From Helsinki to the Next 50 Years” adlı beynəlxalq forum uğurla başa çatıb. Tədbirdə Azərbaycanı gənclərlə iş və beynəlxalq layihələrin idarə olunması sahəsində təcrübəyə malik, fəal ictimai lider Cəsur Mədətzadə təmsil edib. Forum Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının “Gənclər, Sülh və Təhlükəsizlik” mövzusunda qəbul etdiyi 2250 saylı qətnamənin on illiyinə həsr olunaraq, ATƏT-in bu sahədəki fəaliyyətini möhkəmləndirməyə xidmət edib.
Forumda gənc liderlər, beynəlxalq təşkilatların təmsilçiləri, Finlandiya gənclər ekspertləri və ATƏT struktur əlaqələndiriciləri iştirak edərək, YPS (Youth, Peace and Security) gündəliyinin mövcud vəziyyətini və gələcək istiqamətlərini müzakirə ediblər.Tədbirin əsas məqsədi gənclərin sülh və təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirakının gücləndirilməsi, ATƏT-in bu istiqamətdəki mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyanın müəyyənləşdirilməsi olub.
Forum çərçivəsində keçirilən plenar sessiyada Azərbaycanlı nümayəndə - Cəsur Mədətzadə çıxış edərək gənclərin qərar qəbuletmə prosesində fəal iştirakının vacibliyini, resurslara bərabər çıxış imkanlarını və ATƏT-in bu sahədəki dəstəkləyici rolunu vurğulayıb. O, həmçinin “Marketplace of Impact Stories” sessiyasında Azərbaycanın gənclər siyasəti çərçivəsində həyata keçirilən uğurlu yerli layihələri təqdim edib və müxtəlif ölkələrdən olan iştirakçılarla qarşılıqlı təcrübə mübadiləsi aparıb.
Forum müddətində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gənclərin rolunun artırılması ilə bağlı konkret təkliflər irəli sürülüb və YPS (Youth, Peace and Security) gündəliyi üzrə sədrliyə təqdim ediləcək yol xəritəsinə töhfə verilib. Bu sənəd Finlandiyanın sədrliyi tərəfindən ilin sonunda rəsmi şəkildə dərc olunacaq.
Forumun bağlanış mərasimində Finlandiyanın xarici işlər naziri Elina Valtonen, ATƏT-in xüsusi nümayəndəsi Santeri Leinonen və baş katib Feridun Hadi Sinirlioğlu çıxış edərək gənclərin beynəlxalq təhlükəsizlik gündəmində daha fəal iştirakının vacibliyini vurğulayıblar. Tədbir, ATƏT-in gələcək siyasətinin formalaşdırılmasında gənclərin baxışlarının nəzərə alınması baxımından vacib rol oynayıb.
Azərbaycanlı nümayəndənin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu forumda iştirakı, ölkəmizin gənclər siyasətinin beynəlxalq müstəvidə tanıdılması, gənclərin sülh quruculuğuna verdiyi töhfələrin paylaşılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Fərid Faiqoğlu




































































