Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Araz-Naxçıvan” braziliyalı oyunçu transfer etdi

Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini yeni oyunçu ilə gücləndirib. Bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
“Araz-Naxçıvan” braziliyalı Aleksanderson Teixeira Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.






















































