Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Aytən Səfərovaya cinayət işi açılıb

Aparıcı Aytən Səfərova barəsində keçirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Günunsesi.info məlumat yayıb.
Ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai İX-35” markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnib.
Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm “Hyundai İX-35”in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.
19 yaşlı İsmayıl Məmmədov 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib – dönməni ikinci zolaqdan qırmızı işıqda yerinə yetirib.
Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanunun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı.
Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Belə ki, hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarıb.
İstintaqın sonunda “Hyundai İX-35”in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib.
Aytən Səfərova haqqında isə Cinayət Məcəlləsinin CM-nin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.























































