Menu
Xəbər Lenti
Kobaxidze Bakıdadır
Bugün, 09:41

Kobaxidze Bakıdadır

“Əl-Nəsr”dən gedir
16-05-2026, 11:14

“Əl-Nəsr”dən gedir

Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

03 Eyl 18:54Manşet / Gündəm / Siyasət

Prezident və xanımı Pekində ziyafətdə iştirak etdi

prezident-ve-xanimi-pekinde-ziyafetde-istirak-etdi

Bu gün Pekində Çin Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.