Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Qarabağ” turnir cədvəlində neçəncidir?

Bu gecə UEFA Çempionlar Liqasında 2-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda “Kopenhagen”ə (Danimarka) qalib gəlməklə (2:0) xalını 6-ya yüksəldib.
Bu nəticə ilə Ağdam təmsilçisi 36 komandanın yer aldığı turnir cədvəlinin ən üst pillələrinə qalxıb. Qurban Qurbanovun komandası 2-ci turu 6-cı yerdə başa vurub. Azərbaycan təmsilçisi yalnız vurulan və buraxılan topların nisbətinə görə bu mövqedədir.
Qeyd edək ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb. Onlardan da biri “Qarabağ”dır. Digər komandalar isə 4 və daha az xal toplayıb ki, onların sırasında nəhəng komandalar da var.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.























































