Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Bu ölkədə sualtı server istifadəyə veriləcək

Çin şirkətləri Şanxay yaxınlığında yüksək enerji sərfiyyatını və serverlərin qızmasını azaltmaq məqsədilə sualtı məlumat mərkəzi istifadəyə verəcək. Layihə süni intellekt texnologiyalarına artan tələbat fonunda həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ScienceAlert” məlumat yayıb.
Bildirilib ki, sualtı serverlər adi hava soyutma sistemlərindən fərqli olaraq, okean axınları ilə təbii şəkildə soyudulur. Bu da enerjiyə təxminən 90 faiz qənaət imkanı yaradır.
Hazırda böyük sarı kapsulun – eksperimental mərkəzin quraşdırılması yekunlaşmaq üzrədir. Oktyabrın ortalarında istifadəyə veriləcək obyekt “China Telecom” və digər dövlət qurumlarına xidmət göstərəcək. Enerjinin 95 faizindən çoxu dəniz külək stansiyalarından təmin ediləcək.
Layihə karbon emissiyasının azaldılması məqsədinə xidmət etsə də, mütəxəssislər ekoloji və texniki risklərə diqqət çəkirlər. Sualtı serverlərin istidən dəniz ekosistemlərinə təsiri, habelə təhlükəsizlik və internet bağlantısı məsələləri hələ də araşdırılır.























































