Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə daha doqquz qarşılaşma keçirilib.
Türkiyə təmsilçisi “Qalatasaray” Niderlandda “Ayaks”ı 3:0 hesabı ilə üstələyib.
Qazaxıstanın “Kayrat” klubu İtaliyada “İnter”ə 1:2 hesabı ilə uduzub.
Gecənin ən maraqla gözlənilən oyunlarından biri İngiltərədə keçirilib. “Mançester Siti” doğma azarkeşləri önündə Almaniyanın “Borussiya” (Dortmund) klubunu sınağa çəkib. Görüş “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası IV tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) - 2:2
21:45. “Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya) - 1:0
00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 4:1
00:00. “İnter” (İtaliya) – “Kayrat” (Qazaxıstan) - 2:1
00:00. “Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya) - 0:1
00:00. “Brügge” (Belçika) – “Barselona” (İspaniya) - 3:3
00:00. “Ayaks” (Niderland) - “Qalatasaray” (Türkiyə) - 0:3
00:00. “Marsel” (Fransa) - “Atalanta” (İtaliya) - 0:1
00:00. “Nyukasl” (İngiltərə) – “Atletik” (İspaniya) - 2:0.






















































