Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Qardaşlarımız nə deyirsə, düz deyir” - Qurban Qurbanov
Türkiyədə derbi qələbələrinin avrokuboklardakı nəticələrdən daha vacib sayılması ilə bağlı fikirlərə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu məsələyə “Neftçi” ilə oyunla bağlı keçirilən mətbuat konfransında toxunub.
Jurnalistin “Sizcə, avrokuboklardakı qələbə daha prinsipialdır, yoxsa “Neftçi” üzərindəki?” sualına Qurbanov belə cavab verib:
“Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyir. Biz həmişə onların yanındayıq. Hər klubun öz tələbləri var. Əgər o mühitə və insanlara uyğun qərar verirlərsə, biz onların yanındayıq”.






















































