Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
“Avro-2028”in finalı bu stadionda olacaq

“Avro-2028” futbol çempionatının açılış matçı Uelsin paytaxtı Kardiffdə baş tutacaq.
“Qafqazinfo”nun məlumatına görə, turnirin yarımfinal və final qarşılaşmaları Londondakı “Uembli” stadionunda oynanılacaq. Ümumilikdə İngiltərə, Şotlandiya, Uels və İrlandiya Respublikasının ev sahibliyi edəcəyi çempionatda 24 komanda mübarizə aparacaq.
Əvvəlcə Şimali İrlandiyanın paytaxtı Belfastda yerləşən “Casement Park” stadionunun da oyunlara ev sahibliyi etməsi planlaşdırılsa da, maliyyə problemlərinə görə bu arena siyahıdan çıxarılıb.
UEFA-nın rəsmi qərarına əsasən, “Avro-2028”in açılış oyununun Kardiffdə keçirilməsi rəsmiləşib.
Qeyd edək ki, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, 2028-ci il turnirinin ev sahibləri — İngiltərə, Şotlandiya, Uels və İrlandiya Respublikası — yarışda iştirak etmək üçün seçmə mərhələdən keçməli olacaqlar.























































