Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Mundialın finalına vəsiqəni təmin etdilər - DÇ-2026

Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti tur başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün 4 fərqli qrupda ümumilikdə 8 oyun keçirilib.
Bu oyunlar sırasında Azərbaycan - İslandiya matçı da olub. Millimiz evdə İslandiyaya 0:2 hesabı ilə uduzub.
D qrupunun digər matçında Fransa Ukraynanı darmadağın edib - 4:0. Nəticədə Fransa sona 1 tur qalmış mundialın final mərhələsinə vəsiqəni təmin edib.
İ qrupunda İtaliya Moldovaya, K qrupunda İngiltərə Serbiyaya qalib gəlib. F qrupunda isə Portuqaliya İrlandiyaya uduzub.
Günün oyun təqvimi:
D qrupu
21:00. Azərbaycan - İslandiya - 0:2
Qollar: Qudmundsson, 20, İnqaon, 39
23:45. Fransa - Ukrayna - 4:0
Qollar: Mbappe, 55-pen; 83, Olise, 76, Ekitike, 88
F qrupu
21:00. Ermənistan - Macarıstan - 0:1
Qol: Varqa, 33
23:45. İrlandiya - Portuqaliya - 2:0
Qollar: Parrot, 17, 45
Qırmızı vərəqə: Ronaldo, 59
İ qrupu
21:00. Norveç - Estoniya - 4:1
Qollar: Sorlot, 50, 52, Haaland, 56 62 - Saarma, 64
23:45. Moldova - İtaliya - 0:2
Qollar: Mançini, 88, Esposito, 90+2
K qrupu
23:45. Andorra - Albaniya - 0:1
Qol: Asllani, 67
23:45. İngiltərə - Serbiya - 2:0
Qollar: Saka, 28, Eze, 90.






















































