"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
“Azərbaycan maliyyə intizamını qoruyub”

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib”.
“Qafqazinfo” xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“İqtisadiyyatımızın dayanıqlılığı təmin edilib. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib. Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, yaşıl enerji layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir.
Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlayıb, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosialyönümlülüyünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib”, - spiker qeyd edib.
Nuranə Daxilqızı























































