Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Baş redaktor çinar və şam ağaclarından ibarət olmaqla 30 ağac əkib
Faktinfo.az saytının baş redaktoru Fuad İsgəndərov yaşadığı ərazidə və ətrafda 30 ağac əkib. Bunu işimlə bağlı ərazidə olarkən və ağacdan söhbət düşərkən bildim. Məlum oldu ki, ağacları Fuad İsgəndərov 2023-cü ilin son günü dekabr ayının 31-də əkib. Qarşıdan gələn 2024-cü il, "COP29"-a töhvə vermək məqsədilə əkilmiş 30 ədəd çinar və şam ağacları hazırda bəlli bir səviyyədə yekəlib. O, ağacları əkməklə bərabər, onların dibinə azot gübrəsi, müxtəlif təyinatlı peyinlər verib, küləkli havaların ağacları qırmaması üçün diblərinə ağac paya basdırıb.
Baş redaktor qış aylarında həftədə bir, yazda həftədə iki, yay aylarında isə gündəlik ağacları suvarıb. Ağacların suvarılması axşamlar həyata keçirilib. Su 5 litrlik plastmas qablar vastəsilə 100 metr kənardan daşınıb, ağacların dibinə tökülüb.
Ağacları öz şəxsi əlaqələri hesabına əldə edən bu şəxs, bu günün özündə də onlara aqrotexniki qulluq edir.
Afərin Vallah!
Qənaətim odur ki, ölkəmizdə yetkinlik yaşına çatmış hər bir şəxs bundan sonra bir ağac əkib, onu böyüdərsə, ətrafa tullantılar atmazsa, hər yer yaşıllığa bürünər, ekoloji tarazlıq hamının ürəyincə olar.



























































