Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 11:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 08:00
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
“Futbolçularımdan razı qaldım, belə də davam etməliyik”

“Həm “Napoli”ni, həm də baş məşqçi Konteni təbrik edirəm. Öz oyunumuzdan razı qaldım”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” - “Qarabağ” matçından (2:0) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Baxmayaraq ki, məğlub olduq, futbolçularım çəkilmədilər. Sonadək mübarizə apardılar. Cəsarətli oyun göstərdilər. Qarşımızda çox keyfiyyətli bir rəqib, çox keyfiyyətli futbolçuları olan bir komanda vardı. Buna baxmayaraq, sonadək qabiliyyətli oyun göstərdilər, buna görə futbolçularımdan razı qaldım. Belə də davam etməliyik. Bu turnirdə hər oyundan həzz almalıyıq. Daha da böyümək üçün hər dəfə inamlı oyun göstərməliyik”, - o bildirib.























































