“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Vaşinqtonda hücuma məruz qalan əsgərlərdən biri öldü

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən silahlı hücumda yaralanan iki Milli Qvardiya əsgərindən birinin vəfat etdiyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Donald Tramp bu xəbəri Şükran Günü münasibətilə ABŞ hərbçiləri ilə keçirdiyi onlayn görüş zamanı verib.
Prezident hücum edən şəxsin vəziyyətinin ağır olduğunu bildirib.
Məlumata görə, ABŞ paytaxtında 29 yaşlı Əfqanıstan əsilli miqrant Rahmanullah Lakanval tərəfindən pusquya salınaraq güllələnən iki hərbçidən biri Qərbi Virciniyadan olan Sara Bekstrom aldığı xəsarətlər səbəbindən həyatını itirib.
“Sara Bekstrom – haqqında danışdığımız qvardiyaçılardan biri idi. Son dərəcə hörmətli, gənc və möhtəşəm bir insan… Az əvvəl vəfat etdiyini bildirdilər. Artıq aramızda deyil”, – o bildirib.
Digər yaralı hərbçi - 24 yaşlı Endryu Vulfun müalicəsi davam etdirilir. Tramp çıxışında hadisəni kəskin şəkildə pisləyib:
“Bütün ölkəmizin yaşadığı acını və dəhşəti ifadə etmək istəyirəm. Dünən paytaxtımızda baş verən terror hücumu zamanı Qərbi Virciniya Milli Qvardiyasının iki əsgəri vəhşi bir cani tərəfindən vuruldu. Bu vəhşilik ölkəmizə daxil olan və ölkədə qalan insanlar üzərində tam nəzarətin təmin edilməsinin milli təhlükəsizliyimiz üçün ən əsas prioritet olduğunu bir daha göstərdi”.






















































