Menu
Xəbər Lenti
Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

16 Ara 05:15Manşet / Sosial

Bu məktəblər gələn ildən distant təhsilə keçəcək

 

“Bizim elə bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu dövlətin vəsaitidir. İstəsək də, istəməsək də, bu vəsait önəmlidir. 

Bizim kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. 

Bizim elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur. 

Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq”, - nazir qeyd edib.