Xəbər Lenti
24-12-2024, 10:37
Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan Polisi, Avropa Polisinə Nümunədir! – FOTO+VİDEO
23-12-2024, 13:11
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
23-12-2024, 10:43
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi 22.12.2024 ilin yekun tədbirini keçirib.
22-12-2024, 09:43
"Gürcüstan hakimiyyətinin Azərbaycan təcrübəsini öyrənməsində fayda var" - Ekspert
“21-ci əsrə gəlsək belə hələ də bəzi məktəblərdə fond pulu yığılır”- Deputatdan iddia
Yeni tədris ili başlanan kimi tədris müəssisələri ilə bağlı şikayətlər daxil olub. Valideynlər uşaqlardan Summativ qiymətləndirməyə görə, pul yığıldığını iddia edirlər. Məktəblər açılar-açılmaz bu halın aşkarlanması valideynlərdə narahatlıq yaradıb. Bununla yanaşı məktəblərdən digər məsələlərə görə, pul yığılmasının aşkarlanması ilə bağlı məlumatlar da var.
Bəs görəsən, məktəblərdə pul yığılmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı mətbuata açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, məktəblərdə baş verən neqativ halların təbii olduğunu deyib:
“4500-ə qədər ümumtəhsil məktəbləri var. Məktəblərdə neqativ halların olması təbiidir. Çünki əvvəllər sosial şəbəkələr çox aktiv deyildi. Bu mövzular çox da kütləviləşmirdi. Ümumiyyətlə məktəb rəhbərliyinin, müəllimlərin valideyn və şagirdlərdən maddi baxımdan nəsə tələb etməsi etik deyil. Müəyyən xərclər var ki, onlar dövlət tərəfindən qarşılanmadığı halda büdcəsi valideynlərdən alına bilər. Lakin bu sistemli şəkildə olmalıdır”.
E.Süleymanov qeyd edib ki, Təhsilin İnkişaf Fondu bu məqsədlə yaradılıb:
“Bunun məqsədlərindən biri o idi ki, təhsilin inkişafına yönəlik müxtəlif ianələr, qrandlar toplanıldı. Daha sonra orada xərclənmənin mexanizmi tətbiq edilməlidir. Dövlətin məktəblərə ayırdığı vəsait hər il artır. Zaman-zaman müəyyən təddbirlər ola bilər.
Əgər məktəbin büdcəsi yoxdursa, valideyn komitəsi yetkili olmalıdır. Arzuolunan odur ki, sinifdə əgər vəsait toplanacaqsa, orada bank hesabı açıla bilər”.
Ekspert əlavə edib ki, imkanı olan şirkətlər sponsorluq edə bilərlər:
“Şagirdlər bu kimi proseslərdən kənarda olmalıdır. Valideynin pulu şagird vasitəsilə məktəbə verməsi etik deyil. Şagird təlim, tərbiyyə prosesinə cəlb olunmalıdır. Məktəbin hazırda demək olar ki, əksər xərcləri dövlət tərəfindən yüksək qarşılanır. Xırda xərclərə ehtiyac olsa, qanuni şəkildə olmalıdır. Ən yaxşı metod könüllü prinsiplədir. İmkanı olan şirkətlər sponsorluq edə bilər.
Amerikanın bir çox universitetlərində təhsilə yatrdım edən insanlar var. İanə etdikləri rəqəmin hesabatı verilir. Yaxın vaxtlarda Təhsil İnkişaf Fondu da mexanizm formalaşdırar. İanə xətləri yaradar. Hesabatlılıq və şəffalıq təhsilin ikişafı üçün faydalı olar”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, pul yığan müəllimlərə sərt cəza tətbiq olunmalıdır:
“Ümumiyyətlə qeyd etmək lazımdır ki, hər bir məktəbin maliyyələşməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait sərf olunur. Təhsil sahəsi bir neçə milyard büdcəyə malikdir. Siz büdcəyə baxsanız orada hər məktəbə kifayət qədər vəsaitin ayrıldığını görərsiniz. Bu məsələlərə son qoymalıyıq”.
Deputatın sözlərinə görə, 21-ci əsrə gəlsək belə hələ də bəzi məktəblərdə fond pulu yığılır:
“Sərt tədbirlər görülməlidir. Birmənalı olaraq pul yığılmasının qarşısı alınmalıdır. Bu işi görənlər də cəzalanmalıdır. Əgər cəza olmasa, heç bir nəticə əldə etməyəcəyik. Bütün məktəb direktorları yenidən yoxlanmalı¸fəaliyyətinə baxılmalıdır. Rüşvətə meyilli olanlar işdən çıxarılmalıdır”.
Nəzrin Vahid