Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

19 Ara 05:08Manşet / İdman

“Barselona”dakı aqibəti bəlli oldu

barselonadaki-aqibeti-belli-oldu

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hansi Fliklə əməkdaşlığı davam etdirmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın məşhur “Bild” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi 60 yaşlı alman mütəxəssisin 2028-ci ilə qədər komandanın başında qalmasını istəyir. Tərəflər arasında 2025-ci ilin mayında imzalanmış hazırkı müqavilə 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.

Bundan əlavə, Kataloniya təmsilçisinin heyəti gücləndirmək planları da məlum olub. Klubun Madrid “Atletiko”sunun hücumçusu Julian Alvaresi transfer etmək niyyətində olduğu bildirilir. Argentinalı forvardın transferi “Barselona”ya minimum 100 milyon avroya başa gələ bilər.

Xatırladaq ki, Flik 2024-cü ilin mayından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında keçirilən ilk mövsümdə komanda İspaniya çempionu olub, həmçinin ölkə Kuboku və Superkubokunu qazanıb.