Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“Mançester Siti” rəqibi ilə bacara bilmədi

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda “Mançester Siti” gözlənilmədən Norveçdə “Bodo/Qlimt”ə 3:1 hesabı ilə məğlub olaraq azarkeşlərini şoka salıb.
“Qafqazinfo” xəbər verir ki, heyətində ciddi itkilər olan Pep Qvardiolanın komandası matçın ilk hissəsində Kasper Hoqun iki dəqiqə ərzində vurduğu iki qolla sarsılıb.
İkinci hissədə Yens Petter Haugenin uzaq məsafədən vurduğu möhtəşəm qol hesabı 3:0-a çatdırıb. “Siti”nin yeganə təsəllisi isə Rayan Şerkinin vurduğu qol olub.
Qeyd edək ki, bu nəticədən sonra Norveç təmsilçisi tarixində ilk Çempionlar Liqası qələbəsini qazanıb. “Mançester Siti” isə 2026-cı ildə keçirdiyi 7 rəsmi oyunda cəmi 2 qələbə qazanaraq son illərin ən pis dövrlərindən birini yaşayır.






















































