Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

07 Şub 07:33Manşet / Gündəm / Kriminal

Müəllimə hansı səbəbdən sila*la vurulub? Video

Bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib.

XALQ Xəzər TV-yə istinadən bildirir ki, iddiaya görə o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.

Hadisədən sonra tədris ocağında dərslər dayandırılıb, şagirdlər evə buraxılıb. Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Kamera qarşısında müsahibə verməkdən  imtina edən digər şagirdlərin valideynləri isə müəllimi güllələyən şagirdlə  bağlı ilginc iddia ilə çıxış ediblər.

Onların bildirdiyinə görə, həmin şagirdin davranış problemləri olub. Həmçinin, mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Videomaterialı təqdim edirik.