Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
8-10-2026, 08:30

Neftimiz bahalaşdı

Yenidən trilyonçu oldu
6-10-2026, 13:11

Yenidən trilyonçu oldu

06 Şub 08:08Manşet / Gündəm / Kriminal

“İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama

idrak-liseyinde-sagird-muellimi-gulleledi

Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib.

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.