“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Onu istefaya çağıranlara belə cavab verdi

Britaniya siyasətində geniş rezonans doğuran amerikalı milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlərin açıqlanmasından sonra Baş nazir Kir Starmerə qarşı istefa çağırışları səslənib. Lakin Starmer bu çağırışları qətiyyətlə rədd edərək bildirib ki, ona verilən siyasi mandatdan geri çəkilməyəcək.
“Qafqazinfo”nun xəbərinə görə, Baş nazir bu açıqlamanı London yaxınlığındakı Hertfordşir qraflığında yerləşən bir icma mərkəzinə səfəri zamanı verib.
Starmer ABŞ Ədliyyə Nazirliyi tərəfindən cinsi istismar şəbəkəsini idarə etməkdə ittiham olunan Ceffri Epşteynlə bağlı sənədlərin Britaniyada yaratdığı siyasi böhrana münasibət bildirib:
“Bəzi insanlar Leyborist hökumətinin milyonlarla insanın ehtiyacları uğrunda mübarizə aparmaq əvəzinə, öz daxilində döyüşdüyünü iddia edir. Onlara deyirəm: bu ölkəni dəyişdirmək üçün mənə verilən mandatdan heç vaxt imtina etməyəcəyəm. Uğrunda mübarizə aparmaq məsuliyyəti daşıdığım insanlar və sevdiyim ölkə ilə bağlı məqsədlərimdən heç vaxt əl çəkməyəcəyəm”.
Starmer vurğulayıb ki, əsas mübarizə partiya daxilində deyil, siyasi rəqiblərə qarşı aparılmalıdır. O, xüsusilə “Reform UK” partiyasını hədəf alaraq bildirib ki, əsl mübarizə ölkəni parçalayacaq “parçala və şikayət et” siyasətinə qarşıdır.
Qeyd edək ki, son günlər Starmer xüsusilə keçmiş Lord Peter Mandelsonun 2024-cü ilin dekabrında Böyük Britaniyanın ABŞ-dəki səfiri təyin edilməsini təsdiqlədiyinə görə tənqid olunur. Mandelsonun adı Epşteynlə əlaqəli sızdırılmış sənədlərdə hallandığından bu təyinat hökumət daxilində və ictimaiyyətdə ciddi narazılıq yaradıb.























































