“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Kral ailəsində növbəti skandal - Qardaşı mərasimə qatılmayacaq

Britaniya kral ailəsində yeni skandal baş qaldırıb.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, III Çarlzın qardaşı şahzadə Endryu və onun keçmiş həyat yoldaşı Sara Ferquson Kraliça Sarayında keçiriləcək Milad mərasimində iştirak etməyə bilər.
Məlumata görə, III Çarlz açıq şəkildə bildirib ki, Endryu və Ferqusonun bu mərasimdə olmasından məmnun olmayacaq. Səbəb isə onların Ceffri Epşteynlə əlaqələrinə dair açıqlanan qalmaqallardır.
Əlavə olaraq, Sara Ferquson krallıq daxilində saxtakarlıqla ittiham olunur. O, əvvəlcə Epşteynlə heç bir əlaqəsi olmadığını bildirsə də, sonradan onun Epşteynə yazdığı məktub ortaya çıxıb. Məktubda o, Epşteynə “xeyirxah dost” adını verib.
Qeyd edək ki, taxtın varisi, şahzadə Uilyam atasına dəstək verir və Endryunu monarxiya üçün potensial təhlükə hesab edir.























































