Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

01 Ekm 06:11Manşet / Dünya

Kral ailəsinin orduya qoşulan ilk qadın üzvü oldu

kral-ailesinin-orduya-qosulan-ilk-qadin-uzvu-oldu

Niderlandın vəliəhd şahzadəsi Amaliya kral ailəsindən ölkənin silahlı qüvvələrinə qoşulan ilk qadın olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NOS” televiziyası məlumat yayıb.

Bildirilir ki, vəliəhd şahzadə Kral Dəniz Qüvvələri, Ordu və Hərbi Hava Qüvvələri kurslarına daxil olub. Ona üçüncü dərəcəli dənizçi və üçüncü dərəcəli əsgər rütbələri verilib.

Standart təlim proqramına bir neçə həftəlik sahə təlimi və nəzəri dərslər daxildir. 

Şahzadə hazırda ballistika, taktika və kartoqrafiya üzrə təhsil alır və Müdafiə Nazirliyinin işində “frilanser” kimi iştirak etməyi planlaşdırır. O, atdan yıxılaraq qolunu qırdığı üçün məşqinin praktik hissəsini təxirə salmalı olub.