“İkinci hissə bizim üçün məyusedici oldu” - “Nyukasl”ın baş məşqçisi

“Düşünürəm ki, hesab 2:0 olanda bir qədər tempi azaltdıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirdikləri oyundan (3:2) sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandasının 2:0 hesablı üstünlükdən sonra tempin aşağı düşdüyünü etiraf edib:
“Bunu etmək niyyətində deyildik, amma bu, təbii bir reaksiya idi. İkinci hissədə oyun qarşılıqlı hücumlar şəraitində keçdi və bu, bizim üçün, həqiqətən, məyusedici oldu”.
Eddi Hau bildirib ki, komanda ikinci hissədə artıq enerji sərf edib və rəqib qapısı qarşısında lazımi təzyiqi yarada bilməyib:
“Birincisi, həddindən artıq enerji sərf etdik və bu da rəqib qapısına təzyiq göstərməyimizə mane oldu. Həmin 45 dəqiqədən narazıyıq”.





















































