Xəbər Lenti
6-08-2026, 09:47
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
Ukrayna ilə bağlı görüşün vaxtı dəyişdi

Ukraynadakı münaqişənin həlli məqsədilə Moskva, Kiyev və Vaşinqton arasında keçirilməsi planlaşdırılan həlledici üçtərəfli görüşün vaxtı dəyişdirilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, tərəflər arasında əsas müzakirələrin martın əvvəlinə qədər təxirə salınması qərara alınıb. Görüşün keçiriləcəyi məkan isə hələlik dəqiqləşdirilməyib.
Xatırladaq ki, fevralın 17-18-də Cenevrədə baş tutan ilk məsləhətləşmələr Vladimir Medinski tərəfindən “çətin, lakin işgüzar” kimi qiymətləndirilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə atəşkəsə nəzarət mexanizmi üzrə razılığa çox yaxın olduqlarını bildirmişdi.























































