Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
İlk oyunda məğlub idilər, sonda darmadağınla keçdilər

“Atalanta” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında möhtəşəm geri dönüşə imza ataraq növbəti mərhələyə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, Almaniyada keçirilən ilk oyunda “Borussiya Dortmund”a 0:2 hesabı ilə məğlub olan İtaliya təmsilçisi öz meydanında rəqibini darmadağın edib.
Gərgin keçən mübarizədə “Atalanta” 4:1 hesablı qələbə qazanaraq iki oyunun nəticəsinə görə (cəmi: 4:3) adını 1/4 finala yazdırıb.
Bununla da “Borussiya Dortmund” turnirlə vidalaşıb, Berqamo təmsilçisi isə Avropanın ən güclü 8 komandası sırasına daxil olmağı bacarıb.






















































