Menu
Xəbər Lenti
Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

25 Mrt 08:01Manşet / Şou-biznes

Bu dəfə onlar saxlanıldı - Məşhur adlar

bu-defe-onlar-saxlanildi

Məşhurlara yönəlmiş “narkotik” istintaqında yeni dalğa çərçivəsində “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman, “Galatasaray”ın keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində aktrisa Hande Erçel haqqında da saxlanılma qərarının olduğu bildirilib. Erçelin hazırda xaricdə olduğu qeyd edilir.

Məlumata görə, Fikret Orman və Güzide Duran birlikdə, iş adamı Kerim Sabancı isə xaricdən qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, narkotik istintaqına cəlb olunan bir çox tanınmış şəxs nüfuzlarının zədələndiyini və günahsızlıq prezumpsiyasının ictimaiyyət qarşısında pozulduğunu bildirir.